Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayev  Ev Muzeyini məktəblilər ziyarət ediblər.

15.04.2022

15.04.2022-ci il tarixində  Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli tam orta məktəbin 6, 7 və 8-ci sinif şagirdləri, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin 5, 7, və 8 -ci sinif şagirdləri, A. Nekrasov adına 19 nömrəli tam orta məktəbin 5- ci sinif şagirdləri, N. Nərimanov adına 25 nömrəli tam orta məktəbin 4 və 6-cı sinif şagirdləri, Ə. Cavad adına 2 nömrəli tam orta məktəbin 3 və 5-ci sinif şagirdləri Mir Cəlal Paşayev  Ev Muzeyini ziyarət etdilər. Muzeyin bələdçisi Orucova Dilbər və elmi işçi Tağıyeva Ellada şagirdlərə  ekskursiya apardı. Ekskursiyada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin həyat və fəaliyyəti, yaradıcılığı haqqında geniş məlumat verildi. Daha sonra ədibin roman və həkayələrindən danışıldı və oradakı obrazlar haqqında uşaqlara geniş məlumat verildi. 2 nömrəli tam orta məktəbin 3- cü sinif  şagirdləri Xanımana Əlibəylinin "Noğul" şeirini və Molla Nəsrəddinin "99 qızıl" lətifəsini səhnələşdirib muzeydə nümayiş etdirdilər. Şagirdlərin göstərdikləri tamaşa həm muzey kollektivinin, həm də muzeyə gələn məktəblilərin marağına səbəb oldu. Sonda muzeyin direktoru İradə İbayeva məktəb təşkilatçılarına təşəkkür edərək, muzey adından məktəb kitabxanalarına  kitab hədiyyə etdi.

 

120.7 KB

 

242.8 KB

 

274.7 KB